“Qarabağ”ın futbolçusu Rüstəm Əhmədzadə “Zirə” klubuna icarəyə verilib.

Rekord.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu 2022/2023 mövsümündə paytaxt təmsilçisində çıxış edəcək.

Azərbaycan millisinin üzvü olan Əhmədzadə ötən ilin dekabrında “Minay”dan (Ukrayna) “Qarabağ”a transfer olunub.