
“Qarabağ”ın futbolçusu Türkiyəyə qarşı 90 dəqiqə oynadı
- 17 Noy 2021 16:15
- 504
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro millisində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə qarşılaşmanın iştirakçısı olub.
Monteneqro yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətdə meydana çıxan “Qarabağ”ın futbolçusu 90 dəqiqə oynayıb.
Veşoviçli Monteneqro yığması seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.