“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, onun komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə qarşılaşıb.

Qarşılaşma Kabo-Verde yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Andrade bu matçın 68-ci dəqiqəsində meydana çıxıb və sona qədər oynayıb.

Kabo-Verdenin növbəti oyunu noyabrın 16-da səfərdə Nigeriyaya qarşı olacaq.