
“Qarabağ”ın futbolçusu Gürcüstan millisinə çağırıldı
- 01 Sen 2023 17:43
- 360
“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili növbəti dəfə Gürcüstan millisinə çağırılıb.
Rekord.az xəbər verir ki, 24 yaşlı qapıçı AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununda məşqçilər korpusunun sərəncamında olacaq.
Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.
Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.