Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunub.

Rekord.az xəbər verir ki, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatından Türkiyədə cərrahiyə əməliyyatına ehtiyac duyub.

Məhəmmədəliyevin təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Xatırladaq ki, daha öncə Ağdam klubunun digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönməsi gözlənilir.