“Qarabağ” klubu “Konyaspor”un futbolçusu Ahmet Çalıkın vəfatı ilə bağlı Türkiyə futbol camiəsinə baş sağlığı verib.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı “feysbuk” hesabından paylaşım edib.

Paylaşımda bunlar qeyd olunub:

“Qarabağ” FK “Konyaspor” klubunun futbolçusu Ahmet Çalıkın vəfatı ilə bağlı qardaş Türkiyə futbol camiəsinə dərin hüznlə başsağlığı verir”.

Ahmet Çalık bu gün avtomobil qəzasında vəfat edib.