
"Qarabağ"dan "Neftçi"nin legionerinə yarım milyonluq təklif?
- 05 Yan 2022 16:00
- 738
«Qarabağ» Sabir Buqrini sonuncu dəfə öz şərtləri ilə tanış edib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi «Neftçi» ilə müqavilənin müddətini uzatmaq istəməyən Mərakeş kökənli legionerə 500 min avroluq təklif irəli sürüb.
26 yaşlı yarımmüdafiəçi bununla razılaşarsa, onunla 3 illik müqavilə imzalanacaq. Bu halda Sabirin qazancı hər sezon bir qədər də artacaq.
Bakılılar da Azərbaycanda ikinci sezonunu keçirən Belçika vətəndaşına 2+1 ilik yeni sözləşmə irəli sürüb. (sportinfo.az)