
“Qarabağ”a qol vuran futbolçu ən yaxşı adına namizəd oldu
- 10 Dek 2021 10:45
- 672
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Rekord.az xəbər verir ki, bu ada “Roma”dan (İtaliya) Temmi Abraham, “Bazel”dən (İsveçrə) Artur Kabral, ÇFR-dən (Rumıniya) Qabriel Debelju və “Partizan”dan (Serbiya) Marko Jivkoviç namizəd olub.
Kabral “Qarabağ”a qarşı keçirilən matçda (3:0) 2 qol vurub.
Qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.