
“Qarabağ”a keçən həmyerlisi haqda nələr söylədi?
- 17 Yan 2022 18:58
- 486
“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini rəsmi olaraq heyətinə qatdığını açıqlayıb.
Rekord.az xəbər verir ki, Ağdam klubunun sabiq futbolçusu Aleksandr Qoqeberişvili sportal.az-a açıqlama verib.
Veteran futbolçu həmyerlisi, Quqeşaşvilinin Ağdam klubundakı perspektivi barədə danışıb:
"Təbii ki, Lukanın “Qarabağ”a keçidindən xəbərdaram. Məncə, “Qarabağ” heyətinə perspektivli qapıçı cəlb edib.
Lukanın çıxışını daim izləyirdim. Həqiqətən də çox yaxşı sezon keçirdi. Ötən mövsüm də qapıda stabil və etibarlı dayanmışdı. Lukaya “Qarabağ”da uğurlar arzu edirəm”.
Aleksandr Qoqoberişvili 2008-2009-cu illərdə “Qarabağ”da çıxış edib.