
“Qarabağ” yeni transferlərini “Olimpiya” ilə oyunlar üçün sifariş etdi
- 23 Avq 2023 13:00
- 524
"Qarabağ" "Olimpiya" (Sloveniya) ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin matçları üçün sifariş ərizəsində 25 futbolçu yer alıb.
Onların arasında yeni legionerlər - rusiyalı qapıçı Andrey Lunyev və braziliyalı müdafiəçi Mateus Silva da var.
"Olimpiya" ilə ilk oyun avqustun 24-də Lyublyanada, cavab matçı avqustun 31-i Bakıda keçiriləcək.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyov;
Müdafiəçilər: Mateus Silva, Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;
Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica, Riçard Almeyda, Patrik Andrade, Toral Bayramov;
Hücumçular: Hamidu Keyta, Juninyo, Nəriman Axundzadə.