“Qarabağ” vətənə döndü
- 18 İyl 2024 16:00
- 165
“Qarabağ” Avstriyada təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra vətənə dönüb.
Rekord.az xəbər verir ki, iyulun 5-dən 17-dək Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri bu gün səhər saatlarında Bakıya qayıdıb.
Komanda yeni mövsümə hazırlıq prosesində dörd yoxlama oyunu keçirib. “Kayzerslautern” (1:3), Plzen “Viktoriya”sı (2:1), “Slaven” (1:0) və “Şəbəb Əl-Əhli” (5:2) ilə görüşən “Qarabağ” toplanışda üç qələbə qazanıb və bir məğlubiyyət alıb.
Çempionlar Liqasında mübarizə aparacaq komandamız II təsnifat mərhələsinin “Linkoln”la matçlarının hazırlığını Bakıda davam etdirəcək. Cəbəllütariq çempionu ilə ilk görüş iyulun 23-də səfərdə, cavab qarşılaşması 30-da Bakıda keçiriləcək.