Türkiyədə keçirilən “Kartepe Cup” turnirinə yekun vurulub.

Rekord.az xəbər verir ki, finalda “Qarabağ”ın U-15 komandası “Hisareyn Spor Green” ilə qarşılaşıb.

5:0 hesabı ilə qalib gələn Ağdam klubunun 15 yaşlıları turnirin qalibi olub.

Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nuriyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev isə komandasını penaltidən xilas edib.