“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçının başlama saatı müəyyənləşib.

Rekord.az xəbər verir ki, komanda sabah sonuncu yoxlama oyununda Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.

Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma “Vörgl Arena”da baş tutacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınağında Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə (3:3) edib, Polşanın “Legiya” (Varşava) komandasına isə 0:2 hesabıyla uduzub.