Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşa “Visla”sı (Krakov) ilə üz-üzə gəlib.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olub. Tərəflər matçı qolsuz başa vurublar.

Xatırladaq ki, “Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirib. Ağdam klubu Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə (0:0) edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzub.

Yoxlama oyunu
25 yanvar

Qarabağ – Visla 0:0