“Qarabağ” – “Sabah” matçının biletləri satışda
- 2023-09-14 17:20
- 632
Premyer Liqanın 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 11:00-dan “iticket.az”da satışa çıxarılıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Sentyabrın 17-də keçiriləcək qarşılaşmaya 19:30-da start veriləcək.
“Qarabağ” bu mövsüm ev oyunlarını “Azərsun Arena”da keçirib. Adıçəkilən stadionda təmir işləri getdiyindən, Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.