
“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı
- 04 Dek 2021 13:40
- 567
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
Bu gün keçiriləcək “Qarabağ” – “Sabah” matçı saat 18:15-də start götürəcək.