“Qarabağ” – “Sabah” matçından öncə sosial aksiya
- 21:15
- 33
Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşması öncəsi xüsusi sosial aksiya təşkil olunub.
Rekord.az xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə “Qarabağ” Futbol Klubunun və Autizm Assosiasiyasının təşkilatçılığı, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) və Liv Bona Dea-nın dəstəyi ilə stadionda autizm spektrində olan uşaqlarla bağlı fərqindəlik təşəbbüsü həyata keçirilib.
Bu aksiyanın məqsədi cəmiyyətdə anlayışın, qarşılıqlı hörmətin və inklüzivliyin təşviqinə töhfə vermək idi.
Autizmin bir fərqlilik olduğu və bu fərqliliyin cəmiyyətimizin zənginliyi sayıldığı bir daha vurğulanıb. Autizmli uşaqların hər birimiz kimi diqqətə, anlayışa və dəstəyə layiq olduqları qeyd edilib.
Tribunadan yüksələn hər bir alqış həmrəyliyin, dəstəyin və birliyin rəmzinə çevrilib. Futbolun hər kəsi bir araya gətirən ortaq dəyər olduğu bir daha hiss olunub.