"Qarabağ" - "Sabah" matçında qalmaqal: oyun 20 dəqiqə dayandı
- 29 Avq 2026 15:00
- 353
U-19 liqasının "Qarabağ" - "Sabah" matçında qalmaqal yaşanıb.
Rekord.az xəbər verir ki, matçın gedişində "Sabah"ın futbolçusu "Qarabağ"ın futbolçusunun başına açıq ayaqla zərbə endirib.
Hakim də bu hərəkətinə görə zərbə vuran futbolçuya qırmızı vərəqə göstərib. "Sabah"ın məşqçilər korpusu isə bu qərara etiraz olaraq, komandanı meydançadan çıxardıblar. Oyunm təxminən 20 dəqiqə dayanıb. Yalnız 20 dəqiqədən sonra "Sabah"ın futbolçularını geri qaytarmaq mümkün olub və matç davam edib.
Qeyd edək ki, oyundan "Qarabağ" qalib ayrılıb.