İtaliyanın paytaxtı Romada UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety&Security Conference) keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə “Qarabağ” Futbol Klubunu PR & Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib.

Toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.

Konfransda Avropa Liqasının qrup oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.