
"Qarabağ" qrup oyunları üçün yekun iştirak ərizəsini açıqladı
- 09 Sen 2023 13:00
- 351
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur.