
"Qarabağ" PSJ və "Real"la bir sırada
- 16 Fev 2022 10:06
- 563
Fransanın 90min.com saytı avrokuboklarda pley-off mərhələsinin bu həftə keçiriləcək oyunları arasında ən böyük maraq doğuran 10 oyunun siyahısını dərc edib.
Rekord.az xəbər verir ki, siyahıda "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə qarşı keçirəcəyi ilk matç da yer alıb.
Bu görüş mütləq baxılmalı qarşılaşmalar sırasında 9-cu pillədə qərarlaşıb. Sayt sözügedən komandalar haqda bunları yazıb:
“Bu oyun Konfransı Liqasının ən parlaq posteri deyil. Ancaq “Marsel”in bu yarışda bütün gücünü ortaya qoyacağını təsəvvür etməmək çətindir.
Bu görüş mütləq izlənilməli, qaçırılmamalıdır. “Marsel” cavab oyunu üçün Azərbaycana yollanacaq. “Qarabağ” ölkə çempionatında liderdir, passivində cəmi bir məğlubiyyət var. Ona görə də çox ciddi qəbul edilməli rəqibdir”.
Saytın versiyasında əsasən, bu həftə mütləq baxılmalı 10 oyun aşağıda adları qeyd olunanlardır:
1. PSJ – “Real” (Çempionlar Liqası)
2. “İnter” – “Liverpul” (Çempionlar Liqası)
3. “Barselona” – “Napoli” (Avropa Liqası)
4. “Atletiko” – “Mançester Yunayted” (Çempionlar Liqası)
5. “Çelsi” – “Lill” (Çempionlar Liqası)
6. “Borussiya” (Dortmund) – “Reyncers” (Avropa Liqası)
7. “Porto” – “Latsio” (Avropa Liqası)
8. “Leyptsiq” – “Real Sosyedad” (Avropa Liqası)
9. “Marsel” – “Qarabağ” (Konfrans Liqası)
10. “Fənərbaxça” – “Slaviya” (Konfrans Liqası)