
“Qarabağ” pley-offda ilk oyunu səfərdə keçirəcək
- 12 Dek 2021 17:30
- 802
Sabah futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbol qurumu püşkdən öncə komandaları səbətlərə bölüb.
Azərbaycan təmsilçisi “Qarabağ” səpələnmişlər sırasında yer alıb. Səpələnmişlər səbətində olan komandalar pley-off mərhələsində ilk matçını səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.