
“Qarabağ” onunla razılığa gələ bilmir
- 18 İyn 2022 15:00
- 911
“Qarabağ” Patrik Andrade ilə razılığa gələ bilmir.
Rekord.az xəbər verir ki, futbolçu hazırda Portuqaliyada ailəsinin yanındadır Ağdam klubunun yeni müqavilə təklifinə isə cavab verməyə tələsmir.
Əldə etdiyimiz məlumata görə, futbolçu israrla çalışır ki, yeni müqavilədə daha yüksək maaş alsın. Lakin “Qarabağ” da təklif etdiyi müqavilədən daha artığını vermək fikrində deyil. Bununla belə, Ağdam klubu bu həftənin sonuna kimi Andradedən müsbət cavab almasa, söhbəti bağlayacaq.