
"Qarabağ" ona 300 min ödəyəcək
- 11 Yan 2022 14:00
- 1002
"Çerno More"də çıxış edən Leandro Andrade tezliklə Azərbaycana gələcək.
Rekord.az xəbər verir ki, "Qarabağ" portuqaliyalı vingerlə bütün müqavilə şərtlərini razılaşdırıb.
23 yaşlı legioner karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib.
2020-ci ilin yayından "Çerno More"də oynayan gənc yarımmüdafiəçi bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ” bu keçid üçün Bolqarıstan klubuna 250 min avro təzminat ödəyib. “Köhlən atlılar” hücumameylli yarımmüdafiəçi 2+2 illik müqavilə şərtlərini razılaşdırıb.
Buna əsasən, o, ilk mövsümündə 300 min dollara yaxın pul qazanacaq. Sonrakı illərdə bu rəqəm tədricən artırılacaq.
"Qarabağ"ın kabo-verdeli yarımmüdafiəçi Patrik Andradeni də 2019-cu ildə "Çerno More"dən gətirdiyini xatırladaq. (sportinfo.az)