
“Qarabağ” - “Omoniya” matçının hakimləri açıqlandı
- 22 Noy 2021 17:20
- 612
Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”ın Kipr “Omoniya”sına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:
Baş hakim: Morten Krox
Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen
Dördüncü hakim: Yorgen Dauqberq Burxardt
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək.