
“Qarabağ” milli üzvünü birdəfəlik transfer etdi
- 18 İyn 2022 17:30
- 603
“Qarabağ” 2022-ci ilin yanvarında Polşanın “Yagelloniya” klubundan icarəyə götürülmüş Luka Quqeşaşvili ilə 3 illik müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
“Qarabağ” “Yagelloniya” ilə danışıqların yekununa əsasən, Gürcüstan millisinin qapıçısının transfer hüququna yiyələnib.