
“Qarabağ” Luka ilə niyə 6 aylıq müqavilə bağlayıb?
- 18 Yan 2022 15:00
- 729
Xəbər verdiyimiz kimi, "Qarabağ" "Yagelloniya"nın qolkiperi Luka Quqeşaşvili ilə anlaşıb.
Rekord.az xəbər verir ki, 22 yaşlı qapıçı ilə 6 aylıq müqavilə imzalanıb.
O, ötən mövsümü "Dila"da icarə əsasında keçirib.
Müqavilənin 6 aylıq olmasına gəlincə, əslində Ağdam klubu Luka ilə daha uzun müddətə anlaşmaq istəyirdi. Lakin onun “Yagelloniya” ilə yaya kimi müqaviləsi var. Ona görə də “Qarabağ” gürcü qapıçını maksimum yaya kimi icarəyə götürə bilərdi. Təbii ki, yayda qapıçının Norveç klubu ilə müqaviləsinin müddəti bitəcək və o, azad agent olacaq. Bu zaman “Qarabağ” onunla istədiyi müddətə müqavilə bağlaya biləcək.