“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək
- 2024-04-26 15:30
- 113
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinalı ilə bağlı aşağıdakı qərar qəbul olunub:
Azərbaycan Kubokunda yarımfinalın “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.