Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Keşlə” qarşılaşmasının biletləri oyun günü - noyabrın 19-da satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələri:
* Azersun Arena;
* Park Bulvarın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK Fan-Şopunda (10:00-dan 17:00-dək).

Qeyd: Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.