"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyunu üçün İslandiyaya yollanıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


"Vestri" - "Qarabağ" görüşü iyulun 16-da, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.


Bu komandalar arasında Bakıda keçirilən ilk oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.