Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Rekord.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

13 pillə irəliləyən "Qarabağ" (176,75 xal) 48-ci sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.