
"Qarabağ" bu futbolçu ilə yeni müqavilə bağlayacaq
- 09 Dek 2021 17:00
- 1004
"Qarabağ" Patrik Andrade ilə yeni müqavilə bağlayacaq.
Rekord.az xəbər verir ki, onun oyunu baş məşqçi Qurban Qurbanovu qane edir və onu daha 1 il sərəncamında görmək istəyir.
Bununla bağlı futbolçu ilə danışıq aparılacaq. Əldə etdiyimiz məlumata görə, Andrade özü də Ağdam klubunda qalmaqda maraqlıdır.
Qeyd edək ki, "Qarabağ" kabo-verdili yarımmüdafiəçi ilə ötən ilin yayında 2+1 formatında müqavilə imzalayıb. Yəni klub 2 il müddətində futbolçudan razı qalsa müqavilənin +1 hissəsi də aktivləşəcək.