
“Qarabağ” Avstriyaya yola düşdü
- 20 İyn 2022 10:00
- 455
İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb.
Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə hələ müəyyənləşməyib.



