“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Rekord.az xəbər verir ki, "atlılar"da 24 futbolçunun adı siyahıya daxil edilib.

Yeni transfer Andrey Lunyov da oyunlar üçün sifariş olunub.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 27. Toral Bayramov, 66. Patrik Andrade

Hücumçular: 99. Redon Cica, 18. Juninyo.

"Qarabağ" H qrupunda "Bayer" (Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) mübarizə aparacaq.