
“Qarabağ” 6 cavabsız qola sevindi
- 09 Okt 2021 18:41
- 511
Milli komandaların oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istinadə edən “Qarabağ” bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Qurban Qurbanov komandasını “Qarabağ-2” ilə oyunda sınaqdan keçirib.
Bu görüşdə milli komadanlara dəvət almayan futbolçular və gənc oyunçular şans qazanıblar.
Qarşılaşma əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İbrahima Vadji bu oyunda het-trikə, Kadi Borges Malinovski isə dubla imza atıb. Digər qolu Panadero Qaspar vurub.