
"Qarabağ" 2 milyonluq futbolçu ilə bağlı qərarını dəyişdi
- 16 Fev 2022 14:00
- 870
"Qarabağ" heyətinə qatmaq istədiyi futbolçulardan biri ilə bağlı qərarını dəyişib.
Rekord.az xəbər verir ki, söhbət Danimarkanın "Midtüllannd" klubunun futbolçusu Junior Brumadodur.
Ağdam klubu onunla yaxından maraqlansa da transfer qiymətinin yüksək olması işləri korlayıb. Belə ki, saytımıza daxil olan məlumata görə, Danimarka təmsilçisi futbolçuya 2.5 milyon avro qiymət qoyub. Minimum hədd isə 2.2 milyon avro müəyyən edilib. Bu məbləğ isə "Qarabağ"a sərf etmədiyi üçün Brumado söhbətini bağlayıb.
Qeyd edək ki, 22 yaşlı braziliyalı yarımmüdafiəçi müqavilə ilə "Mitdulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib. Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.