"Hər hansı istedadım olmasa da, etiraf edim ki, bacarmadığım iş yoxdur".

Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

O, futboldan kənar bacarığından danışıb, uşaqlıq illərində piano ilə məşğul olduğunu açıqlayıb:

"Hansı işi tapşırsalar, bacarıram. Bir vaxtlar atamın təkidi ilə piano təhsili almışam. Futbola başladıqdan sonra musiqidən uzaqlaşdım, inkişaf etdirmədim.

Nə yalan deyim, pianoya marağım olmayıb. Çünki futbol sevgisi daha üstün idi".

Ümidsiz olduğum anların, sadəcə, gecəyədək davam etdiyini deyən Qarayevin fikrincə, açılan hər səhər yeni ümid, yeni başlanğıcdır