
“Qalatasaray”ın sabiq futbolçusu 27 yaşında vəfat etdi
- 11 Yan 2022 15:17
- 479
Türkiyənin “Konyaspor” klubunun futbolçusu Ahmet Çalık vəfat edib.
Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avtomobil qəzasında ölüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
2020-ci ildən “Konyaspor”da çıxış edən Ahmet 2017-2020-ci illərdə “Qalatasaray”ın uğurları üçün çalışıb. Mərhum müdafiəçi Türkiyə yığmasında 8 oyun keçirmişdi.