
“Qalatasaray”ın prezidenti postuna 3-cü namizəd xanım oldu
- 09 Apr 2022 10:16
- 453
“Qalatasaray”ın prezidenti postuna namizədlərin sayı artıb.
Rekord.az xəbər verir ki, İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.
Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşmişdi.
Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.
Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.