“Qalatasaray”ın 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
- 12 Okt 2024 19:00
- 146
"Qalatasaray" klubunun iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Monteneqroya qalib gəldikləri (1:0) 3-cü tur matçında zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb.
Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.