
"Qalatasaray"ı hədələyib pullarını aldılar
- 02 Fev 2022 14:50
- 627
''Qalatasaray'' mövsümün əvvəlində FKSB-dən transfer etdiyi Olimpiu Morutsan üçün ödəməli olduğu məbləğin ilk hissəsini rumınların hesabına köçürüb.
Rekord.az xəbər verir ki, bunu FKSB-nin prezidenti Cici Bekali açıqlayıb.
Bilindiyi kimi Bekali yanvarın ortalarında verdiyi açıqlamada Morutsana görə ''Cim-Bom''dan qara qəpik də almadıqlarını etiraf edərək klubu FİFA-ya verməklə hədələmişdi. Müqavilənin şərtinə görə ''Aslan'' 700 min avronu hələ noyabrın sonuna qədər ödəməli idi. Amma ''sarı-qırmızılar'' bu məbləği yalnız bu günlərdə ödəyiblər. Bekali Rumıniya mətbuatına son açıqlamasında anlaşmanın ümumi detalları barədə də məlumat verib:
''Onları FİFA ilə hədələyən kimi dərhal pulu ödədilər. Dekabra qədər verməli olduqları 700 min avronu hesabımıza köçürdülər. Morutsan 15 rəsmi matçda forma geydiyi üçün bizə əlavə olaraq 500 min avro da ödəməlidilər. Ondan sonra martın sonuna qədər verməli olduqları 650 min avronu gözləyəcəyik. 2 il ərzində 3,5 milyon avro bir və 1,2 milyon avro da bir ödəyəcəklər. Yəni ümumilikdə 4,7 milyon avro alacağıq''.
22 yaşlı futbolçunun indiyə qədər ''Qalatasaray''da 26 rəsmi oyuna çıxaraq cəmi 3 qol vurduğunu bildirək. Morutsan son qolunu oktyabrın 31-də vurub.