
“Qalatasaray”da daha bir yeni müqavilə
- 17 Yan 2023 18:15
- 380
“Qalatasaray” yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.
Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.
“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.