
“Qalatasaray” Rieranı yenidən qaytardı
- 20 Yan 2022 11:41
- 541
Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu və məşqçisi Albert Rieranı yenidən sıralarına qaytarıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı ispan “sarı-qırmızılar”ın yeni baş məşqçisi Domenek Torrenin köməkçilərindən biri kimi çalışacaq.
Xatırladaq ki, Albert Riera futbolçu kimi 2011-2014-cü illər aralığında məhz “Qalatasaray”ın uğurları üçün çalışıb. O, ötən mövsüm məşqçi kimi “Qalatasaray”a qayıtmış və bir müddət Fatih Terimin köməkçisi kimi çalışmışdı.