“Qalatasaray” Leaonun transferini rəsmən açıqladı
- 18:30
- 22
“Milan”dan ayrılan Rafael Leau karyerasını Türkiyədə davam etdirəcək.
Rekord.az xəbər verir ki, “Qalatasaray” portuqaliyalı hücumçu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Leau danışıqları tamamlamaq üçün Türkiyəyə yollanıb.
27 yaşlı futbolçu 2019-cu ildən “Milan”da forma geyinir. O, 227 oyunda 64 qola imza atıb.
“Qalatasaray”ın transfer üçün 45 milyon avroya yaxın məbləğ ödəyəcəyi bildirilir. Oyunçunun maaşı isə 17 milyon avro olacaq.