
Qadze "Sumqayıt"dan qovuldu
- 17 Yan 2023 10:15
- 718
Ötən ilin sonlarına yaxın böyük ümidlərlə "Sumqayıt"a gətirilən Riçard Qadze komandadan qovulub.
Rekord.az xəbər verir ki, bununla bağlı qərarı baş məşqçi Samir Abasov bir neçə saat bundan öncə verib.
Buna səbəb futbolçunun düşərgəyə gec qoşulması, bununla bərabər ediyi intizamsızlıq olub. Məhz bu səbəbdən onunla müqaviləyə xitam verilib və göndərilib.