
Puyol da "Barselona"ya qayıdır
- 13 Noy 2021 14:47
- 561
“Barselona”nın daha bir əfsanəvi futbolçusu klub strukturuna qayıda bilər.
Rekord.az xəbər verir ki, söhbət “Barsa”nın sabiq futbolçusu Karlos Puyoldan gedir.
Onun klubda rəhbər vəzifə tutacağı bildirilir.
Məlumata görə, Puyol kluba qayıtmağa razılıq verib. Amma administrativ postda işləmək niyyətində deyil. O, həlledici qərarlar verə biləcək səlahiyyətə sahib vəzifədə çalışmaq niyyətindədir.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Puyol texniki katib postunu tutacaq. Bu vəzifədə Ramon Planes çalışır və yaxın vaxtlarda postunu tərk edəcək.