PSJ-nin prezidenti: "Zidanla heç vaxt əlaqə saxlamamışam"
- 2022-06-22 18:15
- 319
PSJ prezidenti Nasser El-Xelafi klubun "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar aparmadığını bildirib.
Rekord.az goal.com-a istinadən xəbər verir ki, o deyib: "Biz onunla ümumiyyətlə danışmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə heç bir əlaqə olmayıb.
Bir çox komandalar, o cümlədən milli komandalar Zidanla maraqlanır, lakin biz onunla heç vaxt əlaqə saxlamamışıq".
Qeyd edək ki, PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poççetinonu istefaya göndərəcəyi gözlənilir. Yeolni baş məşqçinin Kristof Qaltyenin olacağı gözlənilir.