PSJ-nin müdafiəçisi Milan Şkrinyar uğurla əməliyyat olunub.

Rekord.az xəbər verir ki, slovakiyalı futbolçu sol topuğundan aldığı zədəyə görə Dozada əməliyyat masasına uzanmalı olub.

Bir neçə gündən sonra oyunçu bərpa protokoluna başlayacaq.

Bu mövsüm Şkrinyar PSJ-nin heyətində bütün turnirlərdə 23 oyun keçirib. O, “Tuluza”ya qarşı keçirdikləri super kubok matçında zədə almışdı.