
PSJ futbolçusunu 5 milyon avroya satdı
- 18 Yan 2023 11:15
- 412
İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa çempionu PSJ-dən Pablo Sarabiyanı transfer edib.
Tərəflər müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. İngilislər bu transfer üçün Paris təmsilçisinə 5 milyon avro ödəyiblər.
İspaniya milli komandasının da üzvü olan hücumameyilli yarımmüdafiəçi 2019-cu ildən PSJ-də çıxış edirdi. “Real”ın yetirməsi olan 30 yaşlı futbolçu “Sevilya”, “Xetafe” və “Sportinq”də (Lissabon) də forma geyinib.