
PSJ-dən "Vulverhempton"a
- 18 Yan 2023 14:00
- 486
PSJ-nin futbolçusu Pablo Sarabiya komandadan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi "Vulverhempton"a (İngiltərə) transfer olunub. İspaniya millisinin üzvü ilə 2,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 21 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, P. Sarabiya bu mövsüm PSJ-nin heyətində 19 matça çıxıb, lakin qol və ya qol ötürmə ilə yadda qalmayıb.